
9 futbolçumuz A milli komandasında!
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Noyabrın 26-dan dekabrın 3-dək Rusiyanın Soçi şəhərində təşkil olunacaq toplanışa “Neftçi” PFK-nın 9 üzvü – Günay İsmayılova, Sevinc Fəttazadə, Firəngiz Teymurova, Manə Mollayeva, Aysun Seydiyeva, Ayşən Salamzadə, Cosqunə Əliyeva, Fidan Cəfərova və Vüsalə Seyfəddinova dəvət olunub.
Milli komandamız hazırlıq çərçivəsində Rusiya yığması ilə iki yoldaşlıq görüşü keçirəcək. Noyabrın 28-dəki oyun FİŞT Olimpiya Stadionunda, dekabrın 2-dəki matç isə “Soçi” klubunun məşq bazasında olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Tövsiyə olunur
-
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12 -
2025/26 mövsüm biletləri satışdadır!
Klub 6 avqust 2025, 17:50 -
Siyasət Əsgərov: “Komandamız sonadək vuruşdu”
Klub 31 iyul 2025, 00:15