
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
“Neftçi” Misli Premyer Liqasının 18-ci turunda qarşılaşacağı “Turan Tovuz” klubu ilə matçın hazırlığını başa vurub. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesində zədəli Emin Mahmudov iştirak etməyib. Zədədən sonra bərpa dövründə olan futbolçularımız – Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo isə fərdi məşqlə kifayətləniblər. Əvəzində, zədədən sonrakı bərpa prosesini geridə qoyan Robert Bauer komanda ilə birlikdə məşq edib.
Hazırlıq prosesindən sonra komandamızın üzvləri Tovuza yola düşüblər.
Qeyd edək ki, dekabrın 21-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.
Tövsiyə olunur
-
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00 -
AEL-lə matçın hazırlığı başa çatdı
A Komanda 31 iyul 2025, 21:10 -
Polşadakı sonuncu oyunumuzun vaxtı müəyyənləşdi
A Komanda 31 iyul 2025, 17:00