
Üçüncü dövrəyə qollu heç-heçə ilə başladıq
19 yanvar 2025, 21:04
“Neftçi” Misli Premyer Liqasının üçüncü dövrəsində ilk oyununu keçirib. “Ağ-qaralar” 19-cu turda “Sabah”la qarşılaşıb. “Neftçi Arena”da baş tutan matçın 77-ci dəqiqəsində Azər Salahlıdan qayıdan top qapımızdan keçsə də, cəmi 2 dəqiqə sonra Andrey Ştoqrin hesabı bərabərləşdirib – 1:1.
Qeyd edək ki, “Neftçi” 19 oyundan sonra 18 xalla turnir cədvəlində 7-ci yeri tutur.