
Məşqçilər korpusuna yeni təyinat
“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub. Rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Boqdan-Kornel Merişanu 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”də çalışıb, həmin dönəmdəki baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub. O, məşqçi kimi “Neftçi”dən başqa Rumıniyanın “Poli Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl Vehda” (2018), “Əl Əhli” (2021), “Əl Tai” (2023-2024), BƏƏ-nin “Əl Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniya U-21 milli komandasında (2016-2018) çalışıb.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00