9 futbolçumuz milli komandada!

15 fevral 2025, 13:00

Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçiriləcək oyun üçün heyəti müəyyənləşib. Milliyə “Neftçi” PFK-nın 9 üzvü – Manə Mollayeva, Coşqunə Əliyeva, Firəngiz Teymurova, Günay İsmayılova, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Alina Nəhmədova, Ayşən Salamzadə və Xanım Əsədova dəvət olunub. Təlim-məşq toplanışına fevralın 15-də başlayacaq milli komandamız ayın 21-i saat 15:00-da “Liv Bona Dea Arena”da Monteneqro yığmasını qəbul edəcək.