
“Qalatasaray”ın qonağı olduq
U-17 komandamızın yoldaşlıq görüşləri keçirməsi məqsədilə Türkiyənin İstanbul şəhərində olan “Neftçi” Futbol Akademiyasının rəsmiləri “Qalatasaray” klubunun qonağı olublar. Klubumuzun nümayəndələri “Florya Mətin Oktay” təlim-məşq bazasını ziyarət ediblər. “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül ilə “Qalatasaray” Futbol Akademiyasının koordinatoru Emir Kıvırcık və inzibati meneceri Semih Egemen Ersoy bir-birinə xatirə hədiyyələri təqdim ediblər.