
“Oyunçularımdan razıyam, hava şəraitindən asılı olmayaraq meydanda can qoydular”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Sumqayıt” klubu ilə 24-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Penalti epizoduna baxmamışam, buna görə də penalti haqda nəsə deyə bilmərəm. Oyuna gəldikdə, bu barədə danışmaq çətindir. Bizim yaxşıya getdiyimiz durumda şərait əlverişli deyildi. Qərar verməkdə futbolçularım da gecikirdi. Oyunçularımdan razıyam, ona görə ki, hava şəraitindən asılı olmayaraq meydanda can qoydular. Ozobiç daha düzgün qərar versəydi, bəlkə də, rəqibi daha tez məğlub edərdik. Yeni transferlərə gəlincə, ilk oyunlarda futbolçu haqda qərar vermək mənim üçün çətindir. Üstəgəl, bu havada. Hər bir futbolçumuza inanırıq. Hərəsi bir oyun xeyir versə, bu da bizim qabağa getməyimizə kömək olacaq”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58