“Bəlkə də, cütün taleyi ilk oyunda həll olunmuşdu, amma futbolçularım yenə xarakter göstərdilər”

28 fevral 2025, 22:52

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun “Kəpəz” klubu ilə 1/4 final oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Azarkeşlərimizə – gələnlərə də, gəlməyənlərə də təşəkkür edirəm. Bizi çox yaxşı dəstəklədilər. Meydançada çalışan insanlara da çox minnətdaram, Allah onların əziyyətlərini yerdə qoymasın. O qədər belə insanlar var ki, köməkləri çoxdur, amma kölgədə qalırlar. Oyuna gəlincə, ilk matçdan sonra komandanı hazırlamaq çox önəmli idi. Çünki rahatlığı aradan qaldırmaq lazım idi. Bəlkə də, cütün taleyi ilk oyunda həll olunmuşdu, amma futbolçularım yenə xarakter göstərdilər. Sağ olsunlar”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: