Samir Abasov: “Bugünkü məğlubiyyətdən dərs çıxarıb növbəti matça hazırlaşacağıq”

5 mart 2025, 19:36

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Kəpəz” klubu ilə 25-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Qol buraxdıq, amma qol vura bilmədik. Əlimizə düşən fürsətlərdən istifadə etmədik. Buna görə də uduzduq. Bizim üçün motivasiya hər oyuna qələbə üçün çıxmaq, qalib gəlməkdir. Bu gün matça yaxşı başladıq, qol epizodları yaratdıq, amma hücum zamanı verilən son qərarlara görə axsayırıq. Bunun da acı nəticəsi məğlubiyyət oldu. Bəzi oyunlarda epizodları qola çevirə bilirik, amma bəzilərində belə olur. Turnir cədvəlində yaxşı yerlərə yüksəlmək üçün bütün oyunlar önəmlidir. Bugünkü məğlubiyyətdən dərs çıxarıb növbəti matça hazırlaşacağıq”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: