
Edvin Kuç Cəbəllütariq və Farer adaları yığmalarına qarşı
12 mart 2025, 17:00
Futbolçumuz Edvin Kuç Monteneqro milli komandasına dəvət alıb. 31 yaşlı yarımmüdafiəçi martın 22-də Cəbəllütariq, 25-də isə Farer adaları yığması ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.
Qeyd edək ki, Kuç Monteneqro millisində 11 oyunda meydana çıxıb, 3 qol vurub.