3 futbolçumuz milli komandada!

13 mart 2025, 11:07

3 futbolçumuz – Rza Cəfərov, Elvin Camalov və Ağadadaş Salyanski Azərbaycan milli komandasına dəvət olunub. Millimiz yoldaşlıq görüşü çərçivəsində martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, ayın 25-də isə “Bank Respublika Arena”da Belarus yığması ilə qarşılaşacaq. Hər iki oyun saat 21:45-də başlanacaq.