
“Səbail”lə oyunun hazırlığı başa çatdı
15 mart 2025, 18:30
“Neftçi” Misli Premyer Liqasının 27-ci turunda qarşılaşacağı “Səbail” klubu ilə matçın hazırlığını başa vurub. Komandamız bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Futbolçularımız - Emin Mahmudov, Azər Əliyev, Andrey Ştoqrin və Robert Bauer zədə səbəbindən, Höccət Haqverdi isə cəzalı olduğu üçün səbaillilərlə görüşü buraxacaq.
Qeyd edək ki, martın 16-da “ASCO Arena”da keçiriləcək “Səbail” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.