Uşaq evinin sakinləri “Neftçi”nin qonağı oldular

25 mart 2025, 21:17

1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri “Neftçi” PFK-nın qonağı olublar. “Neftçi” Futbol Mərkəzində akademiyamızın məşqçilərinin keçdiyi əyləncə xarakterli məşqdə iştirak edib futbol oynayan uşaqlar üçün bayram ab-havalı əyləncəli tədbir də təşkil olunub.

Daha sonra qonaqlarla görüşən komandamızın üzvləri onlara müxtəlif hədiyyələr təqdim ediblər. Ardından “Neftçi”nin məşqini izləyən uşaqlarla xatirə şəkilləri çəkdirilib. Sonda baş məşqçi Samir Abasov klub adından sosial xidmət müəssisəsinə komandamızın imzalı formasını və şərfini təqdim edib.

Qeyd edək ki, sosial məsələlərdəki münasibətini nümayiş etdirən “Neftçi” bu cür layihələri daim diqqət mərkəzində saxlayır.