
9 futbolçumuz qadınlardan ibarət milli komandada!
Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva və Monteneqro yığmalarına qarşı keçiriləcək səfər oyunları üçün heyəti müəyyənləşib. Milliyə “Neftçi” PFK-nın 9 üzvü – Günay İsmayılova, Manə Mollayeva, Fidan Cəfərova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Sona Rəhimova, Ayşən Salamzadə, Alina Nəhmədova və Xanım Əsədova dəvət olunub.
Qeyd edək ki, millimiz martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanaraq, təlim-məşq toplanışına orada başlayacaq. Baş məşqçi Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində aprelin 4-ü Bakı vaxtı ilə saat 19:30-da Vilnüsdəki “Jalgiris” stadionunda Litva, aprelin 8-i Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda isə Monteneqro yığması ilə qarşılaşacaq.