Polşa toplanışına start verdik

15 iyul 2025, 23:30

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb. Bu gün səhər saatlarında Polşaya yola düşən komandamızın üzvləri Keltse şəhərində axşam məşqinə çıxıblar.

“Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar” burada 4 yoxlama oyunu keçirəcək. Baş məşqçi Samir Abasovun yetirmələri iyulun 17-də “Hapoel Təl-Əviv” (İsrail), 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaqlar.

Qeyd edək ki, toplanışın ikinci mərhələsi avqustun 2-dək davam edəcək.