
Polşa toplanışına start verdik
15 iyul 2025, 23:30
“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb. Bu gün səhər saatlarında Polşaya yola düşən komandamızın üzvləri Keltse şəhərində axşam məşqinə çıxıblar.
“Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar” burada 4 yoxlama oyunu keçirəcək. Baş məşqçi Samir Abasovun yetirmələri iyulun 17-də “Hapoel Təl-Əviv” (İsrail), 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaqlar.
Qeyd edək ki, toplanışın ikinci mərhələsi avqustun 2-dək davam edəcək.
Tövsiyə olunur
-
Samir Abasov: “Komandanı formalaşdırandan sonra çempionata yaxşı hazır olacağımıza inanıram”
A Komanda 17 iyul 2025, 23:00 -
Toplanışa heç-heçə ilə başladıq
A Komanda 17 iyul 2025, 22:33 -
2025-2026 mövsümü alternativ formamız
A Komanda 17 iyul 2025, 14:00 -
Birlik, qürur və yaddaş – 2025/26 Zəfər forması!
A Komanda 17 iyul 2025, 12:28