
"Belə oynasaq, bütün matçlarda qalib gələ bilərik"
"Neftçi”nin yarımmüdafiəçisi Saman Nərimancahan və hücumçu Mirabdulla Abbasov "Sabah”la oyundan sonra klubun rəsmi saytına açıqlama veriblər. Nərimancahan belə oyunla komandanın bütün matçlarda qalib gələ biləcəyini deyib, Mirabdulla isə qol vurduğu üçün sevincini gizlətməyib.
Saman Nərimancahan: "Çox yaxşı oynadıq. Belə oynasaq, bütün matçlarda qalib gələ bilərik. Futbolçularımız bir-biri ilə yaxşı anlaşırdı. Komandanın hər bir üzvü bacarığını ortaya qoydu. Sevinirəm ki, inamlı qələbə qazandıq”.
Mirabdulla Abbasov: "Qol vurduğum üçün çox şadam. Yavaş-yavaş əvvəlki formamı bərpa edirəm. Oyuna gəlincə, tam istədiyimiz kimi keçdi. Qarşıdakı matçlarda da maksimum xal toplamaq lazımdır”.
Tövsiyə olunur
-
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00 -
AEL-lə matçın hazırlığı başa çatdı
A Komanda 31 iyul 2025, 21:10