
“Neftçi” hazırlığı iki itki ilə davam etdirir
“Neftçi” Premyer Liqanın 13-cü turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir. Birgünlük fasilədən sonra noyabrın 30-da hazırlığı bərpa edən komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində zədəlilər - Aqil Məmmədov və Mamadu Mbodj iştirak etməyiblər. Əvəzində, bunadək fərdi məşğul olan Tiaqo Bezerra komanda ilə məşq edib.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” görüşü dekabrın 5-i saat 16:00-da “Bakcell Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40 -
Mövsümə qollu heç-heçə ilə başladıq
A Komanda 16 avqust 2025, 23:02 -
İlk turun hazırlığını başa vurduq
A Komanda 15 avqust 2025, 21:12 -
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45