
“Çatışmazlıqların üzərində işləyib yeni mövsümdə başqa bir komanda olacağıq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Səbail” klubu ilə 35-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Səbail”lə ilk oyunumuz tam fərqli idi. O vaxt biz yeni gəlmişdik, əhval-ruhiyyə, motivasiya başqa idi. İndi isə tam rahatlıq var idi ki, bunun da fonunda çox şey istədiyimiz kimi alındı. Mövsüm ərzində bundan qat-qat yaxşı oyun göstərdiyimiz matçlar olub. Bəzilərində bir hissəni, bəzilərində tam oyunu yaxşı keçirmişik. Bununla belə, bəzi çatışmazlıqlara görə istədiyimizdən xeyli uzaq qaldıq. Bunlar bizi düşünməyə vadar edir. İnşallah, bu çatışmazlıqların üzərində işləyib yeni mövsümdə başqa bir komanda olacağıq”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40 -
Mövsümə qollu heç-heçə ilə başladıq
A Komanda 16 avqust 2025, 23:02 -
İlk turun hazırlığını başa vurduq
A Komanda 15 avqust 2025, 21:12 -
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45