
Təlim-məşq toplanışına davam edirik
2 iyul 2025, 18:10
“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. Komandamızın üzvləri bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında növbəti məşqə çıxıblar. Əvvəlcə “Neftçi” Futbol Mərkəzindəki fitnes zalında hazırlaşan “ağ-qaralar” daha sonra meydana çıxaraq toplu və taktiki çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. “Binkovski Hotel”də məskunlaşacaq “Neftçi” orada 4 yoxlama görüşü keçirəcək.