
2025/26 mövsümü ev formamızı təqdim edirik
2025/26 mövsümünün ev forması klubun zəngin tarixindən ilhamlanan retro dizayn nümunəsidir. Formanın üzərində 2026-cı ilin fevralında 80 illik yubileyini qeyd edəcəyimiz klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır.
Köynəklər Banişevskinin də həlledici rollardan birini oynadığı 1966-cı il mövsümündəki formanın əsasında “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanıb. Formanın arxa boyun hissəsinə işlənmiş xüsusi detal – 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir. Bu, şanlı keçmişimizə ehtiramın rəmzi olmaqla yanaşı, Banişevskinin “Neftçi” tarixindəki əhəmiyyətini bir daha xatırladır.
Tövsiyə olunur
-
Samir Abasov: “Komandanı formalaşdırandan sonra çempionata yaxşı hazır olacağımıza inanıram”
A Komanda 17 iyul 2025, 23:00 -
Toplanışa heç-heçə ilə başladıq
A Komanda 17 iyul 2025, 22:33 -
2025-2026 mövsümü alternativ formamız
A Komanda 17 iyul 2025, 14:00 -
Birlik, qürur və yaddaş – 2025/26 Zəfər forması!
A Komanda 17 iyul 2025, 12:28