“Neftçi-2”dən ardıcıl ikinci qələbə

23 avqust 2025, 20:40

“Neftçi-2” bu mövsüm Əvəzedicilər Liqasında ardıcıl ikinci qələbəsini qazanıb. “Ağ-qaralar” 2-ci turda “Şamaxı-2”ni 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu “Palms Sports” Futbol Mərkəzində baş tutan matçın 1-ci dəqiqəsində Mirşahbaz Şahbazov vurub.

Qeyd edək ki, “Neftçi-2” 2 oyundan sonra 6 xal toplayıb.