
Ramon Maçado: “Qolları sıralamaq üçün öz üzərimdə daha çox çalışacağam”
“Neftçi”nin hücumçusu Ramon Maçado qol hesabını açmağın sevincini klubun rəsmi saytı ilə bölüşüb. Braziliyalı futbolçu qolları sıralamaq üçün öz üzərində daha çox çalışacağını deyib:
“Ağ-qara formada meydana çıxdığım ikinci oyunda qol hesabımı açdığım üçün çox xoşbəxtəm. Bu qolun komandamın qələbəsində rol oynaması məni ikiqat xoşbəxt edir. Qolları sıralamaq üçün öz üzərimdə daha çox çalışacağam. Təkcə qollarımla deyil, oyunumla, ötürmələrimlə də faydalı olmaq istəyirəm. Komandamızın imza atdığı 3-cü qol epizodunda mən də fərqlənə bilərdim, amma həmin an daha əlverişli mövqedə olan Mirabdullaya ötürmə verdim. Nəticədə top rəqib futbolçudan İsmayıla qayıtdı ki, o da topu qapıdan keçirdi”.
Tövsiyə olunur
-
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40 -
Mövsümə qollu heç-heçə ilə başladıq
A Komanda 16 avqust 2025, 23:02 -
İlk turun hazırlığını başa vurduq
A Komanda 15 avqust 2025, 21:12 -
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45