
Mirabdulla Abbasov: “Qələbədə pay sahibi olduğum üçün çox şadam”
“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlama verib. “Zirə”nin qapısından qələbə topunu keçirməklə bu mövsüm ilk qolunu vuran futbolçu sevincini gizlətməyib: “Qol vurub, komandamızın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Çox ağır oyun alındı. Həm bizim, həm də rəqibin qol epizodları oldu. Sevinirəm ki, sonda vacib 3 xalı “Neftçi” qazandı”.
“Necə düşünürsən, bu qoldan sonra start heyətində tez-tez yer ala biləcəksənmi?” sualına Abbasovun cavabı belə olub: “Ümid edirəm ki, daha çox oynamaq şansı qazanacağam. Bunun üçün özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Amma bu, məşqçinin qərarıdır və mən onun seçiminə hörmətlə yanaşıram”.
Tövsiyə olunur
-
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40 -
Mövsümə qollu heç-heçə ilə başladıq
A Komanda 16 avqust 2025, 23:02 -
İlk turun hazırlığını başa vurduq
A Komanda 15 avqust 2025, 21:12 -
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45