“Kəpəz”lə kubok matçına hazırlıq yekunlaşdı

27 fevral 2025, 18:00

Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağımız “Kəpəz” klubu ilə cavab matçının hazırlığı yekunlaşıb. Komandamız bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Zədələrini sağaldandan sonra hələ tam hazır olmayan Andrey Ştoqrin və Rafael Quzzo, həmçinin səhhətində problem olan Robert Bauer “Kəpəz”lə görüşü buraxacaqlar.

Qeyd edək ki, fevralın 28-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 19:30-da başlanacaq.