
Samir Abasov: “Prioritetimiz kubokdur, amma çempionatdan da qopmamışıq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Turan Tovuz” klubu ilə 26-cı tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Rəqib azlıqda qalmazdan əvvəl də oyuna yaxşı başlamışdıq. Futbolçular istədiyimizi yerinə yetirirdi, sürət və dinamika var idi. İlk hissədə iki real qol epizodumuz oldu. İkinci hissədə daha çox istəkli idik. Əvəzetmələrin də təsiri ilə qol vurduq, amma 10 nəfərə qarşı hazırlaşmamışdıq. Prioritetimiz kubokdur, amma çempionatdan da qopmamışıq. Bütün oyunlara qələbə üçün çıxırıq. Futbolçularımın hamısından razı qaldım”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00