
Samir Abasov: “Şansları boşa verib xal itirmək bizi məyus edir”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Araz-Naxçıvan” klubu ilə 28-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Üstünlük bizim tərəfimizdə idi. Hətta ikinci hissədə rəqibə qol epizodu vermədən 2 dəfə yüz faizlik şansı qaçırdıq. Əfsuslar olsun ki, həmin epizodlarda son nöqtəni qoya bilmədik. Bu gün bir neçə dəfə bəxtimiz gətirmədi. 4-5 qol epizodu yaratmaq bizim yaxşı tərəfimizdir, amma şansları boşa verib xal itirmək bizi məyus edir. “Sabah”la kubok matçımıza gəlincə, ilk oyunu evdə keçirəcəyik. Düzdür, itkilərimiz çoxdur, bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58