Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq

9 may 2025, 14:14

Misli Premyer Liqasının 34-cü turunda qarşılaşacağımız “Turan Tovuz” klubu ilə matçın hazırlığı yekunlaşıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komandamızın üzvləri Tovuza yola düşüblər.

Futbolçularımız – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.

Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.