
“Neftçi Arena”dakı son oyunda böyükhesablı qələbə!
“Neftçi” Misli Premyer Liqasında bu mövsüm sonuncu ev oyununu keçirib. “Ağ-qaralar” 35-ci turda “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib. “Neftçi Arena”da baş tutan matçda komandamızın qollarını Dembo Darbo (1-ci dəqiqə) və Ağadadaş Salyanski (25-ci dəqiqə) vurublar. 79-cu dəqiqədə isə avtoqol qeydə alınıb. Aleks Fernandesin zərbəsindən sonra qapı dirəyindən qayıdan top qapıçı Əlirza Müştəbazadəyə dəyərək, tora qovuşub.
Qeyd edək ki, “Neftçi” 35 turdan sonra 43 xalla turnir cədvəlində 6-cı yeri tutur.
Tövsiyə olunur
-
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40 -
Mövsümə qollu heç-heçə ilə başladıq
A Komanda 16 avqust 2025, 23:02 -
İlk turun hazırlığını başa vurduq
A Komanda 15 avqust 2025, 21:12 -
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45