“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə start verir

2 iyun 2025, 13:15

“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə start verir. 2016, 2017, 2018 və 2019-cu il təvəllüdlü uşaqlar arasında 9, 10, 11 iyun, 2013, 2014 və 2015-ci il təvəllüdlülər arasında isə 12, 13 iyun tarixlərində “Neftçi” Futbol Mərkəzində aparılacaq seçimlər üçün qeydiyyatdan keçməyə tələsin.

Seleksiya məşqlərində iştirak etmək üçün aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmək vacibdir. İyunun 7-dən sonra qeydiyyatdan keçənlər nəzərə alınmayacaq. Qeydiyyat başa çatandan sonra hər yaş qrupu üzrə seleksiya məşqlərinin saatı haqda məlumat veriləcək.

https://forms.cloud.microsoft/r/6TgwdprVSW

Əlavə məlumat üçün +994 50 399 98 97 nömrəsinə həftəiçi saat 10:00-dan 18:00-dək zəng vurmaqla əlaqə saxlamaq olar (“WhatsApp” yoxdur).