
Akademiyamızda seleksiya məşqləri üçün qeydiyyat bitdi, saatlar dəqiqləşdi
“Neftçi” Futbol Akademiyasının seleksiya məşqlərində iştirak etmək üçün qeydiyyat başa çatıb. Həmçinin məşqlərin keçiriləcəyi saatlar dəqiqləşib. 9, 10, 11 iyun tarixlərində saat 16:00-dan 17:00-dək 2016, 2017, 2018 və 2019-cu il təvəllüdlü, saat 17:00-dan 18:00-dək isə 2015-ci il təvəllüdlülər arasında seçimlər aparılacaq. 12, 13 iyun tarixlərində saat 16:00-dan 17:00-dək 2014-cü il təvəllüdlü, saat 17:00-dan 18:00-dək isə 2013-cü il təvəllüdlü uşaqlar arasında seçimlər olacaq.
Bakıxanov qəsəbəsində yerləşən “Neftçi” Futbol Mərkəzində (keçmiş İsmət Qayıbov adına stadion) təşkil olunacaq seleksiya məşqlərində yalnız qeydiyyatdan keçənlər iştirak edə biləcəklər. Əlavə məlumat üçün +994 50 399 98 97 nömrəsinə həftəiçi saat 10:00-dan 18:00-dək zəng vurmaqla əlaqə saxlamaq olar (“WhatsApp” yoxdur).
Tövsiyə olunur
-
3 futbolçumuz U-16 milli komandasında
Akademiya 14 iyun 2025, 18:00 -
“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə start verir
Akademiya 2 iyun 2025, 13:15 -
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 9 aprel 2025, 20:33 -
4 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında!
Akademiya 6 mart 2025, 14:09