3 futbolçumuz U-16 milli komandasında

14 iyun 2025, 18:00

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. İyunun 15-dən 21-dək Bakıda baş tutacaq toplanışa “Neftçi” PFK-nın 3 üzvü – Kamal Camalzadə, Ruslan Quliyev və Şikar Şikar dəvət alıb.

Qeyd edək ki, U-16 iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlanacaq.