“Neftçi-2”dən uğurlu start

18 avqust 2025, 20:09

“Neftçi-2” bu mövsüm Əvəzedicilər Liqasında ilk oyununu keçirib. Baş məşqçi Rəşad Abdullayevin yetirmələri 1-ci turda “Zirə-2”nin qonağı olublar. Binə qəsəbə stadionunda baş tutan matçda “ağ-qaralar” qalib gəlib – 1:0. Qələbə qolunu 81-ci dəqiqədə Mirşahbaz Şahbazov vurub.