Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq

21 avqust 2025, 20:18

“Neftçi” Misli Premyer Liqasının 2-ci turunda qarşılaşacağı “İmişli” klubu ilə matçın hazırlığını başa vurub. Komandamızın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar. “Ağ-qaralar” hazırlıq prosesindən sonra Şamaxıya yola düşüb.

Qeyd edək ki, avqustun 22-də Şamaxı şəhər stadionunda keçiriləcək “İmişli” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.