
Emin Mahmudov: “Avroliqada uğurlu çıxış etmək üçün daha yaxşı oynamalıyıq”
“Neftçi”nin kapitanı Emin Mahmudov “Şkupi” üzərində qələbəni dəyərləndirib. İkinci qolda məhsuldar ötürmənin müəllifi bildirib ki, komanda Avroliqada uğurlu çıxış etmək üçün daha yaxşı oynamalıdır:
“Çox çətin oyun oldu. Rəqib çox qapalı oynadı deyə, hücum etməyə çətinlik çəkdik. Daha çox cinahdan oynamaq istəyirdik, çünki rəqib bizi mərkəzdən sıxışdırırdı. Nəticədə cinah ötürməsindən sonra qol vurduq. Oyuna daha çox nəzarət etməliyik. İlk hissənin sonlarında yersiz top itirməyə başladıq. Şükür Allaha, mərhələni keçdik, amma Avroliqada uğurlu çıxış etmək üçün daha yaxşı oynamalıyıq. Məşqçimiz mərkəzdən daha az oynamağımızı tapşırdı deyə, sonuncu dəqiqəni saymasaq, ikinci hissədə rəqib əks-hücum yarada bilmədi”.
Tövsiyə olunur
-
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00 -
AEL-lə matçın hazırlığı başa çatdı
A Komanda 31 iyul 2025, 21:10