"Sumqayıt"la oyuna hazırlıq başlandı
"Neftçi” Premyer Liqanın 15-ci turunda qarşılaşacağı "Sumqayıt”la oyunun hazırlığına start verib. Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-i Bakıya qayıdan komandamızın üzvləri birgünlük fasilədən sonra bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Qeyd edək ki, baxışda olan futbolçu Nabi Silla məşqçilər korpusu tərəfindən bəyənilməyərək, geri göndərilib. Bunadək əvəzedici heyətin düşərgəsində olan Dario Frederiko isə əsas komandanın məşqində iştirak edib.
"Neftçi” Premyer Liqanın 15-ci turu çərçivəsində fevralın 1-i saat 17:30-da "Sumqayıt”ı qonaq edəcək.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00