
“Neftçi”nin yetirməsi icarəyə verildi
“Neftçi” PFK futbolçu Asim Əlizadəni icarəyə verib. Anlaşmaya əsasən, “Neftçi”nin yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi mövsümün sonuna, yəni noyabrın 20-dək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.
Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olmuş Əlizadə əsas komandanın heyətində ötən mövsüm 1, bu mövsüm 2 rəsmi oyunda meydana çıxıb. O, U-21 milli komandamızın üzvüdür.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00