
Yeni mövsüm formalarımız!
2024/25 mövsümündə “Neftçi”nin geyinəcəyi hər üç forma klubun zəngin tarixinin müxtəlif dövrlərindən və komandanın bağlı olduğu dəyərlərdən ilhamlanıb.
Ev dəstimizin tərtibatı zamanı köynəyin çiyin və V-şəkilli boğaz hissələrində komandamızın 1976-77-ci illərdə istifadə etdiyi formanın elementləri əsas götürülüb. Yeni oyun formamız Anatoli Banişevski və Səməd Qurbanov kimi “Neftçi” əfsanələrinin də geyindiyi dəstlərin retro cizgilərini daşımaqla yanaşı, müasir dizayn tendensiyalarına uyğun hazırlanıb.
Səfər dəstimizdə 1990-cı illərə göndərmə var. 1998/99 mövsümündə finalda “Şəmkir” üzərində qələbə qazanan “Neftçi” qara üfüqi zolaqlı sarı formada Azərbaycan kubokunu başı üzərinə qaldırmışdı. Yeni dəstlərimizdə də məhz həmin formanın cizgiləri özünü aşkar göstərir. Sarı rəng şəhərimiz üzərində il boyu parlayan günəşi, qara rəng isə adımızı da götürdüyümüz nefti simvolizə edir.
Alternativ dəstimizin rəngləri və elementlərində iki amil ilham mənbəyi olub: “Neftçi”nin 1979-cu il SSRİ Güclülər Dəstəsində geyindiyi forma və komandamızla ayrılmaz şəkildə bağlı olan – doğma Bakımızın da qoynunda yerləşdiyi Xəzər dənizinin Bakı buxtasının işıqları fonunda parlayan tünd göy rəngli suları.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00