
Təşəkkürlər, Kilan Lebon!
14 yanvar 2025, 10:40
Kilan Lebonla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fransız futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Qeyd edək ki, 2023-cü ilin yanvarında transfer olunmuş Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.