“Zirə” ilə matçın hazırlığı başa çatdı

9 fevral 2025, 18:23

Misli Premyer Liqasının 22-ci turunda qarşılaşacağımız “Zirə” klubu ilə matçın hazırlığı başa çatıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

Bərpa dövrünü davam etdirən futbolçularımız – Rafael Quzzo, Edvin Kuç və Andrey Ştoqrin fərdi məşğul olublar. Onlar “Kəpəz”lə kubok oyununda olduğu kimi, sabahkı görüşü də buraxacaqlar. Əvəzində, bərpa dövrünü başa vuran Rəhman Hacıyev və Dembo Darbo, həmçinin səhhətində problemi aradan qaldıran Azər Əliyev komanda ilə birlikdə məşq ediblər.

Qeyd edək ki, fevralın 10-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 19:00-da başlanacaq.