
“Neftçi”nin rəqibini yaxından tanıyaq
“Qalatasaray” – qardaş ölkənin 4 ən böyük klubundan biridir. Ölkəmizdə də çoxlu sayda azarkeşi olan İstanbul təmsilçisi 1905-ci ildə yaradılıb. Klubun hazırkı prezidenti Mustafa Cengiz, baş məşqçisi Fatih Tertimdir. Komanda ev oyunlarını 52 652 tamaşaçı tutumuna malik olan “Türk Telekom Arena”da keçirir.
22 dəfə Türkiyə çempionatının, 18 dəfə ölkə kubokunun, 16 dəfə isə Superkubokun qalibi olan İstanbul təmsilçisi 2000-ci ildə UEFA Kubokuna, ardınca UEFA Superkubokuna sahib çıxıb.
“Qalatasaray” 2019/2020 mövsümünü 6-cı yerdə başa vurub. Lakin vitse-çempion və ölkə kubokunun qalibi “Trabzonspor” maliyyə borclarına görə avrokuboklardan uzaqlaşdırıldığı üçün Superliqanı 5-ci pillədə bitirən “Alanyaspor” avrokuboklara vəsiqəni kubokun finalçısı kimi əldə edib. Buna görə də 6-cı yerin sahibi “cim-bom” da Türkiyəni qitəmiqyaslı turnirdə təmsil etmək hüququ qazanıb.
“Neftçi” indiyədək “Qalatasaray”la iki dəfə qarşılaşıb. Hər iki matç yoldaşlıq oyunu olub. 1960-cı ildə Bakıda reallaşan görüşdə komandamız 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31