
“Neftçi”dən böyükhesablı qələbə
“Neftçi” Premyer Liqada növbəti qələbəsini qazanıb. Komandamız 20-ci turda “Səbail”i 4:0 hesabı ilə məğlub edib. Flaqmanın qollarını Namik Ələskərov (5-ci dəqiqə), Stiven Jozef-Monroz (66-cı dəqiqə), Yusuf Laval (70-ci dəqiqə) və Mert Çelik (75-ci dəqiqə) vurublar.
Qeyd edək ki, “Neftçi” 20 oyundan 42 xalla turnir cədvəlində 1-ci yeri tutur.
“Neftçi”: 30.Aqil Məmmədov (K), 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 20.Mert Çelik, 22.Mirabdulla Abbasov, 24.Yusuf Laval, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 29.Sabir Buqrin, 36.Mamadu Kane.
Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 10.Saman Nərimancahan, 17.Bruno Teluşi, 27.Fərid Yusifli, 37.Vüsal Əsgərov, 70.Asim Əlizadə, 72.Emin Zamanov, 80.İsmayıl Zülfüqarlı, 87.Nazim Məmmədzadə, 91.Tallison Dias.
Tövsiyə olunur
-
“Çatışmazlıqların üzərində işləyib yeni mövsümdə başqa bir komanda olacağıq”
A Komanda 18 may 2025, 19:31 -
“Neftçi Arena”dakı son oyunda böyükhesablı qələbə!
A Komanda 18 may 2025, 19:11 -
“Səbail”lə oyuna hazırlıq başa çatdı
A Komanda 17 may 2025, 18:40 -
Samir Abasov: “Futbolçulara demişdim ki, yalnız formanızdakı loqoya baxın və oynayın”
A Komanda 10 may 2025, 22:17