
Sloveniya toplanışının 5-ci günü
“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir. Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komandamız təlim-məşq toplanışının 5-ci günündə əsasən toplu çalışmaları yerinə yetirib.
Toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirən (1:1) “Neftçi” sabah Bakı vaxtı ilə saat 20:00-da bu ölkənin “Domjale” komandası ilə görüşəcək. Flaqman iyunun 29-da Moskva “Spartak”ı ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab matçı isə iyulun 14-ü saat 21:00-da “Bakcell Arena”da baş tutacaq.
Tövsiyə olunur
-
2025/26 mövsümü ev formamızı təqdim edirik
A Komanda 16 iyul 2025, 22:45 -
Polşada keçirəcəyimiz ilk yoxlama oyunu “Neftçi TV”də
A Komanda 16 iyul 2025, 22:28 -
Polşa toplanışına start verdik
A Komanda 15 iyul 2025, 23:30 -
İsmayıl Zülfüqarlıya gələcək karyerasında uğurlar arzulayırıq
A Komanda 14 iyul 2025, 15:53