
“Dinamo” ilə ilk oyunumuz israillilərə tapşırıldı
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” matçının təyinatları açıqlanıb. Oyun İsraildən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim David Fuksman olacaq. Ona Nati Dotan və Matityahu Yakobov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İdan Leiba yerinə yetirəcək.
UEFA nümayəndəsi Lukas Soyski (Polşa), hakim-inspektor isə Uilyam Yanq (Şotlandiya) olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 14-ü “Bakcell Arena”da baş tutacaq və saat 21:00 start götürəcək.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00