
“Olimpiakos”la oyunlarımız “CBC Sport”da
16 iyul 2021, 15:00
“Neftçi”nin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki oyunlarını yayımlayacaq telekanal dəqiqləşib. “Olimpiakos”la hər iki matç “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da Georgios Karaiskakis stadionunda, cavab görüşü isə ayın 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.