
Cavab oyunumuzda makedoniyalı hakimlər
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 26-sı Bakı vaxtı ilə saat 21:00-da “Sammi Ofer” stadionunda keçiriləcək “Makkabi” (Hayfa) – “Neftçi” matçının təyinatları açıqlanıb. Oyuna Makedoniyadan olan hakimlər təyinat alıblar. Baş hakim Aleksandar Stavrev olacaq. Ona Deyan Kostadinov və Qoçe Petreski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Deyan Yakimovski yerinə yetirəcək.
UEFA nümayəndəsi Tarqo Kaldoya (Estoniya), hakim-inspektor isə Rusmir Mrkoviç (Bosniya və Herseqovina) olacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 19-u “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00