
Azər Salahlı əməliyyat olundu
Futbolçumuz Azər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə bu gün əməliyyat olunub. Cərrahi əməliyyat sağlamlıq sponsorumuz “Liv Hospital”ın xəstəxanalarından olan “Liv Hospital Vadistanbul”da uğurla həyata keçirilib. 28 yaşlı müdafiəçimiz təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.
Xatırladaq ki, UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş “Rapid” – “Neftçi” matçının ilk hissəsində zədələnərək əvəzlənən Salahlı “Liv Bona Dea Hospital”ın Bakıda yerləşən xəstəxanasında müayinədən keçmişdi. Nəticədə, onun sağ ayağında sınıq tapılmış və əməliyyat olunması ilə bağlı qərar verilmişdi.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31