
“Neftçi” “Zenit”lə yoldaşlıq oyunu keçirəcək
2 noyabr 2023, 21:06
“Neftçi” Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubu ilə yoldaşlıq oyunu keçirəcək. Noyabrın 18-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 21:00-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq. Matçın biletləri tezliklə satışa çıxarılacaq.
Qeyd edək ki, “ağ-qaralar” bu ilin yayında Sankt-Peterburq şəhərində iştirak etdiyi “Matç TV Kuboku”nda “Zenit”lə qarşılaşmış və 1:3 hesabı ilə məğlub olmuşdu.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31