
“Kəpəz”lə matçın hazırlığını başa vurduq
“Neftçi” Misli Premyer Liqasının 17-ci turunda qarşılaşacağı “Kəpəz” klubu ilə oyunun hazırlığını başa vurub. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesində zədəlilər – Emin Mahmudov, Robert Bauer, Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo iştirak etməyiblər. Bu futbolçular “Kəpəz”lə matçı buraxacaqlar. Əvəzində, zədədən sonrakı bərpa prosesini geridə qoyan Azər Salahlı komanda ilə birlikdə məşq edib.
Qeyd edək ki, dekabrın 15-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçı saat 18:30-da başlanacaq.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00