“Sabah”la matçın hazırlığını başa vurduq

13 sentyabr 2025, 18:00

Misli Premyer Liqasının 4-cü turunda qarşılaşacağımız “Sabah” klubu ilə matçın hazırlığı yekunlaşıb. Komandamızın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Alessio Kurçi zədəli, İqor Ribeyro isə cəzalı olduğu üçün bu görüşü buraxacaq.

Qeyd edək ki, sentyabrın 14-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 19:00-da başlanacaq.